Qarabağda əsgər öldü, anası meyitini Tonoyana apardı - Şok
Qarabağda əsgər öldü, anası meyitini Tonoyana apardı - Şok
3 Fevral 2020 15:49 DünyaErmənistanın Armavir vilayətində Qarabağda ölən hərbi qulluqçunun qohumlarının keçirdiyi etiraz aksiyasında bir nəfər həyatını itirib.
Qarabağda intihar edən Vaqram Avakyanın qohumları əllərində tabutla İrəvana yollanıblar. 200 metr addımlamamış Avakyanın qohumu olduğu deyilən Martun Abelyanın halı qəfil pisləşib və infarkt keçirib. Lakin ailə aksiyanı davam etdirib və övladlarının intihar etmədiyini, əksinə öldürüldüyünü ictimailəşdirmək üçün tabut əllərində müdafiə naziri David Tonoyanın qəbuluna gediblər. Tonoyan işin obyektiv araşdırılacağını təmin edəcəyinə söz verib.
Danışıqlardan sonra aksiya iştirakçıları kəndə qayıdıb və Vaqramı dəfn ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31