Gürcüstanda üç nəfər xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi
Gürcüstanda üç nəfər xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi
3 Fevral 2020 15:26 Dünya"Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb".
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.
Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31