İran ölənlər üçün 80 min təklif etdi, Zelenski razılaşmadı
İran ölənlər üçün 80 min təklif etdi, Zelenski razılaşmadı
3 Fevral 2020 14:17 Dünyaİran Tehran yaxınlığında təyyarə qəzasında həlak olmuş ukraynalıların ailələrinə 80 min dollar təzminat təklif edib.
Olaylar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski yerli mediaya açıqlamasında deyib.
"Bu, çox azdır. Daha çox məbləğ üçün çalışacağıq", - deyə Zelenski bildirib.
Qeyd edək ki, 8 yanvarda Tehrandan havaya qalxan Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində göyərtədə olan 176 nəfər həlak olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31