Türkiyənin cavabı gecikmədi - İdlibdə qarşı tərəfdən 30-35 silahlı məhv edilib

Türkiyənin cavabı gecikmədi - İdlibdə qarşı tərəfdən 30-35 silahlı məhv edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən öncə keçirdiyi mətbuat konfransı keçirib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, Ərdoğan Türkiyə ordusunun endirdiyi zərbələr nəticəsində İdlibdə qarşı tərəfdən 30-35 silahlının məhv edildiyini deyib.

"Saat 06:15-ə olan məlumata görə rejimin 46 hədəfi atəşə tutulub", - R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, bu gün Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələr və Türkiyə ordusu arasında baş verən döyüşlərdə 4 Türkiyə əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.

o:p>

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31