Rusiya Çinlə dəmir yolu əlaqələrini kəsdi

Rusiya Çinlə dəmir yolu əlaqələrini kəsdi

Rusiya yeni növ koronavirusun yayılması səbəbindən Çinlə sərnişin dəmir yolu nəqliyyatını dayandırmaq qərarına gəlib.

Rusiya bu addımı koronavirus epidemiyası səbəbindən atıb.

Rusiya Dəmir Yolları Şirkətinin yazılı açıqlamasında qeyd olunur ki, Çinlə sərnişin dəmir yolu nəqliyyatı fevralın 3-dən etibarən müvəqqəti dayandırılır.

Rusiya Baş nazirinin müavini Tatyana Golikova bundan əvvəl Tümen və Sibirin cənubundakı Transbaykal bölgəsində 2 Çin vətəndaşında koronavirus tapıldığını bildirmişdi.

Artıq bəzi Rusiya şirkətləri də Çinə uçuş və dəmir yolu xidmətlərini məhdudlaşdırıb.

Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı qərara görə, Çinlə vizasız səyahət müraciəti və Çin vətəndaşları üçün iş vizası müraciəti də müvəqqəti olaraq dayandırılıb.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31