Türkiyə cavab verdi: F-16-lar zərbə endirdi - Ərdoğan

Türkiyə cavab verdi: F-16-lar zərbə endirdi - Ərdoğan

Türkiyə bu hücumun cavabını verib, verməyə də davam edir.

Olaylar.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Allah 4 şəhidimizə rəhmət eləsin. 9 əsgərimiz də yaralandı, müalicələri davam edir. Türkiyə bu hücumun cavabını artıqlaması ilə verib. İstər "Fırtına" haubitsaları, istərsə də F-16-larla təyin olunan nöqtələrə zərbələr davam edir", - Ərdoğan bildirib.

Ərdoğan Əsəd rejiminə 46 zərbə endirildiyini, nəticədə qarşı tərəfin 35 hərbçisinin məhv edildiyini bildirib.

Qeyd edək ki, Əsəd ordusunun hücumu nəticəsində 4 türk əsgəri şəhid olmuş, 9-u yaralanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31