ABŞ-da koronavirusa yoluxanların sayı 8 nəfərə çatdı
2 Fevral 2020 10:52 DünyaABŞ-da koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Massaçusets ştatının səhiyyə idarəsi məlumat yayıb:
"Xəstəliyə yoluxan 20 yaşlı Boston sakini bu yaxınlarda Çinin Uhan şəhərindən gəlib. Karantində saxlanılan gənc üçün ayrı otaq hazırlanıb. O, tam sağalana qədər evə buraxılmayacaq.
Hazırda ABŞ-ın Kaliforniya ştatında üç, İllinoys ştatında iki, Arizona, Vaşinqton və Massaçusets ştatlarında ümumilikdə üç nəfər koronavirusa (2019-nCoV) yoluxub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31