30 nəfər öldü, 1 milyard heyvan tələf oldu – Paytaxtda FÖVQƏLADƏ VƏZİYYƏT – VİDEO

Avstraliyanın paytaxtı Kanberrada və ətraf şəhərlərdə fövqəladə vəziyyət elan edilib.

Turkustan.info xəbər verir ki, buna səbəb bölgədə son 20 ilin ən güclü meşə yanğınlarının müşahidə edilməsidir. Yanğınlar bölgədə 19 min hektar ərazini külə çevirib. Məlumata görə, alov sürətlə yaşayış məntəqələri istiqamətində irəliləyir.

Qeyd edək ki, Avstraliyada 5 aydır davam edən meşə yanğınları nəticəsində 30-a qədər insan həyatını itirib. 1 milyard heyvan tələf olub.

/Publika.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31