Putinin Medvedevə təyin etdiyi maaş Rusiyada gündəm oldu

Putinin Medvedevə təyin etdiyi maaş Rusiyada gündəm oldu

Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev üçün təyin olunan maaş miqdarı təsdiqlənib.

Bu barədə "HaberGlobal" məlumat yayıb.

Məlumata görə, D.Medvedevə V.Putinin qərarı ilə 618 min rubl (təqribən 17 min manat) maaş təyin olunub. Təhlükəsizlik Şurası sədrinin müavininin Rusiyada minimum əmək haqqından - 12 min 130 rubldan (təqribən 331.5 manat) 50 dəfə çox maaş alması əhali arasında birmənalı qarşılanmayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri rəhbərliyi xalqın rifahını düşünməməkdə ittiham edib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31