Myanma Çin təyyarəsini sərnişinlərlə birgə geri göndərdi

Myanma Çin təyyarəsini sərnişinlərlə birgə geri göndərdi

Myanma Çindən gələn təyyarəni geri qaytarıb.

Quançjou şəhərindən Yanqon şəhərinə gələn təyyarədə soyuqdəymə simptomları olan şəxs aşkar edilib.

O, koronavirus müayinəsindən keçmək üçün xəstəxanaya göndərilib.

Bundan sonra hava limanı rəhbərliyi digər sərnişinlərə təyyarədən çıxmağı qadağan edib. Bir neçə Myanma vətəndaşı könüllü karantinə durmaq şərti ilə təyyarəni tərk etdikdən sonra, reys geri qaytarılıb.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31