Avropa İttifaqı Brexit haqqında sazişi təsdiqləyib
Avropa İttifaqı Brexit haqqında sazişi təsdiqləyib
31 Yanvar 2020 18:30 DünyaAvropa İttifaqı Şurası Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi təsdiqləyib.
Bu barədə şuranın cümə axşamı günü yayılan bəyanatında bildirilir. Beləliklə, Böyük Britaniya yanvarın 31-i gecəsi Avropa İttifaqını tərk edəcək və bundan sonra qurumda 27 üzv ölkə qalacaq.
İlin sonunadək Aİ-nin və krallığın münasibətlərində mahiyyətcə heç bir dəyişiklik baş verməyəcək. Belə ki, dekabrın 31-dək keçid dövrü nəzərdə tutulur. Həmin müddətdə Brüssel və London yeni münasibətlər qurmaq barədə danışıqlar aparacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31