Metsamor bizim üçün təhlükədir – Türkiyəli deputat
Metsamor bizim üçün təhlükədir – Türkiyəli deputat
31 Yanvar 2020 17:53 DünyaErmənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyə üçün təhlükə yaradır.
Bunu HDP-nin İqdır millət vəkili Həbib Eskik jurnalistlərə açıqlamasında bildirib.
"Metsamor AES bu bölgədəki insanların həyatını təhlükə altında qoyur. Zavod ən ibtidai texnologiyalarla tikilib və lazımi təhlükəsizlik tədbirlərinin çatışmazlığı da açıq-aşkar hiss edilir", - millət vəkili deyib.
Qeyd edək ki, Metsamor AES 1976-cı ildə istifadəyə verilib. Ermənistan Rusiyanın krediti ilə AES-in istismarını 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31