Tükürpədici olay: Həyat yoldaşı və 12 yaşlı qızını öldürdü

Tükürpədici olay: Həyat yoldaşı və 12 yaşlı qızını öldürdü

Türkiyədə həyat yoldaşı və körpə qızını öldürən şəxs intihara cəhd edib.

Hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Barış məhəlləsindəki mənzilin birinci mərtəbəsindəki evin eyvanına çıxan 12 yaşındakı Ekin Kösenin "kömək edin, atam anamı öldürür", qışqırıqlarından sonra vətəndaşlar polis və 1təciliu yardıma məlumat verib. Hadisə yerinə gələn qruplar 35 yaşlı Esma Polatın öldüyünü müəyyənləşdiriblər. Xəsarət alan 40 yaşlı Birol Köse və qızı Ekin xəstəxanaya yerləşdirilib. Ekin Köse həkimlərin cəhdlərinə baxmayaraq vəfat edib.

Məlum olub ki, Birol Kösenin keçmiş həyat yoldaşı Esma Polatı öldürdükdən sonra silahla eyvana çıxaraq qızına atəş açıb.

Hadisənin şahidlərindən biri olan İlhami İtmiş Ekin Kösenin sözlərinə görə, 12 yaşlı qız eyvanda kömək istəyəndən sonra evə qayıdıb və atası tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, şübhəlinin müalicəsi davam edir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31