İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edildi
İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edildi
31 Yanvar 2020 17:00 DünyaDaha bir ölkədə koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.
İtaliya hökuməti ölkə ərazisində virusla bağlı fövqəladə tədbirlərin görülməsinə qərar verib. Fövqəladə vəziyyət 6 aya qədər davam edəcək.
Qeyd edək ki, artıq İtaliyada 2 nəfərdə koronavirus qripinin aşkarlanması rəsmən təsdiqlənib.
Son məlumata görə, virusun beşiyi olan Çində ölənlərin sayı 213 nəfərə çatıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31