Rusiya Baş Prokurorluğundan qəribə müraciət: “Az həbs qərarı çıxarın”
Rusiyada Baş Prokurorluğundan qəribə müraciət: “Az həbs qərarı çıxarın”
31 Yanvar 2020 16:36 DünyaRusiyada Baş Prokurorluğun öz saytında etdiyi müraciət ölkədə gündəmə çevrilib.
Rusiya Baş Prokurorluğu kiçik və orta ağır cinayətlərin aparıldığı məhkəmə işlərində daha az həbs qərarı çıxarmağı təklif edib. Prokurorluq cinayət işləri prosedurasında həbs-qətimkan tədbiri seçmədən istintaqın ayrılmasını məsləhət görüb.
Müraciətdə SİZO adlanan istintaq təcridxanalarının məhbus saxlama limitinin dolduğu qeyd olunur. Baş Prokurorluq Krasnodar diyarı, Voronej və Moskvadakı SİZO-ların həddən artıq dolu olduğunu bildirib.
Rəsmi məlumata görə, SİZO-larda saxlanılan məhbusların sayı 98 mini keçib. Bu Rusiya tarixində qeydə alınan ən az məhbus sayıdır.
avropa.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31