Məscidə silahlı basqın - 10 nəfər yaralandı, həbslər var
Məscidə silahlı basqın - 10 nəfər yaralandı, həbslər var
31 Yanvar 2020 14:13 Dünyaİsrail polisi Şərqi Qüdsdə yerləşən "Məscidi Aksa"ya əməliyyat təşkil edib.
Sübh namazından sonra keçirilən əməliyyat zamanı10 nəfər yaralanıb, 3 şəxs həbs edilib.
Qüds İslam Vəqfindən adının açıqlanmasını istəməyən bir nümayəndənin "Anadolu" agentliyinə verdiyi açıqlamaya görə, məsciddə polislə müsəlmanlar arasında insident olub. Bundan sonra polis atəş açıb.
İsrail polisindən verilən açıqlamada müsəlmanların namazdan sonra müəyyən şüarlar səsləndirdiyi, polisin isə asayişi təmin etmək üçün atəş açdığı vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31