Hökumətdən şok addım: Sülh müqaviləsi ləğv edildi – Savaşın astanasında

Hökumətdən şok addım: Sülh müqaviləsi ləğv edildi – Savaşın astanasında

Fələstin hökuməti İsraillə imzalanmış Oslo müqaviləsini ləğv edib.

Bu barədə "Əl-Cəzirə" telekanalına Fələstinin mülki işlər naziri Hüseyn əş-Şeyx açıqlama verib.

Əş-Şeyx ABŞ-ın İsrail-Fələstin münaqişəsinə dair planının Fələstin üçün qəbuledilməz olduğunu deyib: "Artıq İsraillə imzalanmış müqavilənin şərtlərini yerinə yetirməyəcəyik".

Nazir gələn həftə Fəth Hərəkatı və Fələstin Azadlıq Təşkilatının (FAT) nümayəndələrinin Qəzzaya gedəcəyini, Həmas və Cihad hərəkatları ilə müzakirə aparacağını bildirib.

Fələstin hökumətinin qərarı dünya mediasında tərəflər arasında silahlı qarşıdurma ehtimalını yenidən gündəmə gətirib.

İsrail və FAT arasında 1993-cü ildə imzalanmış Oslo müqaviləsi ikitərəfli həll prosesini nəzərdə tutur. Müqavilə tərəflər arasında həll əldə olunana qədər fələstinlilərin Qəzza və Qərbi Şəriyədəki muxtar statusunun tanınmasını nəzərdə tuturdu.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31