Rusiyaya Çindən smartfonların tədarükü dayandı

Rusiyaya Çindən smartfonların tədarükü dayandı

Çin smartfon istehsalçıları, eləcə də "Əpl" şirkəti koronavirus yayılmasıyla əlaqədar Çindən Rusiyaya smartfon tədarükünü iki həftəlik dayandırıb.

Bu məlumatı "Kommersant" yayıb.

Tədarükü dayandıran şirkətlər arasında "Huavey", "Ksiaomi", "Vivo", "Realme", ZTE, "Lenovo"nın yer aldığını bildirib.

Tədarükün dayandırılmasına səbəb bu şirkətlərin zavodlarında koronavirusla əlaqədar tətillərin müddətinin artırılması olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31