Yaponiya vətəndaşlarını Çindən təxliyə edən üçüncü təyyarə Tokio aeroportuna enib
Yaponiya vətəndaşlarını Çindən təxliyə edən üçüncü təyyarə Tokio aeroportuna enib
31 Yanvar 2020 11:42 DünyaYanvarın 31-də Yaponiya vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edən üçüncü təyyarə Tokionun "Haneda" aeroportuna enib.
Həmin şəhərdəki Yaponiya vətəndaşlarını gətirmək üçün növbəti təyyarə dünən axşam həmin şəhərə göndərilmişdi. Göyərtəsində 149 sərnişinin olduğu təyyarə Tokioya yerli vaxtla saat 10:20-də çatıb.
Yaponiya Səhiyyə Nazirliyinin əməkdaşlarının bildirdiyinə görə, sərnişinlər təyyarəni tərk etməzdən əvvəl müvafiq yoxlamadan keçiriliblər. Bundan sonra onlar virus yoxlaması ilə əlaqədar müvafiq səhiyyə müəssisələrinə göndəriliblər. Xatırladaq ki, 210 nəfər sərnişini Yaponiyaya çatdıran ikinci reys yanvarın 30-da Tokioya çatmışdı. Sərnişinlərdən 26-da yüksək temperatur qeydə alındığına görə onlar xəstəxanaya yerləşdirilib.
Hələ də Uhanda olan 300-dək Yaponiya vətəndaşı vətənə dönmək istədiklərini bildiriblər. Hazırda bununla əlaqədar Çin tərəfi ilə danışıqlar aparılır. Uhana növbəti reysin gələn həftə göndərilməsi planlaşdırılır.
Əlavə olaraq qeyd edək ki, bu günədək Yaponiyada yeni koronavirusa yoluxma ilə əlaqədar 14 hal qeydə alınıb.
sia.az