ÜST koronavirusun yayılmasını fövqəladə vəziyyət olaraq tanıdı
ÜST koronavirusun yayılmasını fövqəladə vəziyyət olaraq tanıdı
31 Yanvar 2020 11:31 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi tanıyıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adxanom Qebreyesus deyib.
Son məlumata görə, artıq bütün dünyada 7834 nəfər xəstələnib. Bunlardan 7736-ı Çində, 98-i isə 18 ölkədə qeydə alınıb, virusun insandan insana ötürülməsi ilə bağlı 8 hadisə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır, 170 nəfər həlak olub.
ÜST xəstəliyə müvəqqəti "kəskin tənəffüs xəstəliyi 2019-nCoV", virusun özünə isə "2019-nCoV" müvəqqəti ad verilməsini tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31