İstanbulda tekstil fabrikində yanğın baş verib
İstanbulda tekstil fabrikində yanğın baş verib
31 Yanvar 2020 11:15 DünyaTürkiyədə tekstil fabriki anbarında yanğın olub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə İstanbul vilayətinin Esenyurt rayonunda baş verib.
Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğınsöndürənlər yanğını üç tərəfdən söndürürlər.
Profilaktika məqsədi ilə yaxınlıqdakı ərazilərdən yanğınsöndürmə briqadaları da çağırılıb.
Yanğınsöndürənlər yanğını söndürməyə davam edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31