Tokio Prokurorluğu Karlos Qonun həbsi üçün order alıb

Tokio Prokurorluğu Karlos Qonun həbsi üçün order alıb

Tokio Prokurorluğu "Nissan" şirkətinin direktorlar şurasının sabiq sədri, immiqrasiya nəzarəti barədə qanunu pozaraq ölkədən qaçan Karlos Qonun həbsi üçün order alıb.

K.Qon ötən ilin sonunda Yaponiyada immiqrasiya yoxlamasından keçmədən şəxsi təyyarə ilə Livana qaçıb.

Xatırladaq ki, K.Qon maliyyə cinayətlərinə görə Yaponiyada həbs edilsə də, sonradan külli miqdarda girov müqabilində azadlığa buraxılıb.

Prokurorluğun K.Qon ilə yanaşı, ona qaçmaqda kömək etməkdə şübhəli bilinən daha üç nəfərin həbsi üçün order aldığı qeyd edilir. Həmin şəxslərdən biri ABŞ xüsusi təyinatlılarının sabiq əməkdaşıdır.

XeberOxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31