İrqçi millət vəkili parlamentdə türk bayrağını cırdı

İrqçi millət vəkili parlamentdə türk bayrağını cırdı

Yunanıstanın irqçi millət vəkili İonnis Laqos Avropa Parlamentinin Baş Assambleyasında etiraza səbəb olacaq bir addım atıb.

Qaçqınların vəziyyətiylə bağlı müzakirələr zamanı İ.Laqos çıxış edərək "Türkiyə istədiyini edə bilər, buna son verməliyik"-deyib və türk bayrağını cırıb.

Brüsseldə keçirilən görüşdə "Yunan adalarında humanitar vəziyyət" adlı sessiyada bölgədəki mühacirlərin vəziyyəti müzakirə edilib. Millət vəkili, "Burda yunan vətəndaşlarının vəziyyəti haqqında heç kimin danışdığını eşitmirik. Hər kəs mühacirlərin haqqında danışır. Bəs yunan vətəndaşlarının hüquqları necə olacaq?"-deyərək məsələyə təpki göstərib.

Laqos ölkə vətəndaşlarının yetmiş faizinin qanunsuz miqrasiyaya qarşı olduğunu və xalqın mühacirlərin hücumuna məruz qaldığını bildirib. O, çıxışı zamanı, "Bir tərəfdə də Türkiyə var, hər istədiyini edə bilir. Ölkəmizə miqrantlar axın edir. Türk bayrağını nə edərlər, cırıb atarlar. Artıq buna son verməliyik"-deyərək türk bayrağını cıraraq təxribata əl atıb.

Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31