Rus təyyarələri İdlibə hava hücumu edib
Rus təyyarələri İdlibə hava hücumu edib
30 Yanvar 2020 15:18 DünyaRus döyüş təyyarələrinin İdlibin cənubundakı Əriha bölgəsində xəstəxana və çörək zavoduna etdiyi hücumlarda 10 mülkü şəxs ölüb, 37-si yaralanıb.
Müxalifətin verdiyi məlumata görə, Rusiya qırıcıları gecə saatlarında İdlibin Əriha şəhərində bir çox nöqtəyə hücum edib.
Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, 10 mülki şəxsdən, 4-ü xəstəxana bombardman nəticəsində həyatını itirib. Ərihaya hücum zamanı xəstəxana yararsız hala düşüb.
Mülki Müdafiə qrupları yaralıları müalicə üçün ətrafdakı xəstəxanalara təxliyyə edib, hadisə yerində axtarış-xilasetmə və dağıntılardan təmizləmə işlərini davam etdirilir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31