Türkmənistan parlamenti ikipalatalı sistemə keçir
Türkmənistan parlamenti ikipalatalı sistemə keçir
30 Yanvar 2020 14:17 DünyaTürkmənistanın yeni parlamenti Məclis və Xalq Maslixatı olmaqla ikipalatalı sistemə keçəcək. Yeni sistemə keçid Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Xalq Maslixatının iclasında irəli sürülüb.
Bununla da Türkmənistanın birpalatalı Məclisi ikipalatalı parlamentə çevriləcək. Məclis və Xalq Maslixatı müxtəlif səlahiyyətlərə malik olsalar da, parlamentə bərabər hüquqla daxil olacaqlar. Türkmənistanda aparılan Konstitusiya islahatı məhz bu dəyişiklikləri nəzərdə tutur.
Yeni parlament Milli Şura (Milli Geňeş) adlanacaq. Onun qanunverici palatasının Məclis, nümayəndələr palatasının isə Xalq Maslixatı adlandırılması təklif olunur.
Azərtac.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31