Çində evlənmək və ölənləri dəfn etmək qadağan edilib
Çində evlənmək və ölənləri dəfn etmək qadağan edilib
30 Yanvar 2020 14:04 DünyaÇinin paytaxtı Pekində koronavirusla əlaqədar evlənmək və ölənləri dəfn etmək müvəqqəti olaraq qadağan edilib.
Dəfnin qadağası vida mərasimlərinə 10-dan 100-dək insanın toplaşması ilə bağlıdır.
Məlumata görə, sevgili olan şəxslər Çində məşhur 2 fevral tarixində evlilik mərasimlərini keçirə bilməyəcəklər.
Qeyd edək ki, bir həftə əvvəl Pekin rəhbərliyi 25 yanvar Çin Yeni ili ilə bağlı bütün böyük tədbirlərin koronavirusun yayılması ilə əlaqədar keçirilməsindən imtina edib.
Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən az 21 ölkədə aşkarlanıb.
report.az