Takabuti mumiyasının SİRRİ AÇILDI

Takabuti mumiyasının SİRRİ AÇILDI

Şimali İrlandiyanın paytaxtı Belfast şəhərindəki Olster muzeyində ən sirli Misir mumiyalarından biri-Takabuti mumiyası nümayiş edilir. Mumiyanı Şimali İrlandiyaya 1834-cü ildə irlandiyalı səyyah və misirşünas Tomas Qreq aparıb. 
Bu gün artıq alimlər mumiya haqqında hər şeyi bilirlər. Çünki uzun illər ərzində bir sıra tədqiqatlar aparılıb. Alimlər rentgendən tutmuş, karbon analizə, DNA analizə, kompüter tomoqrafiyasına qədər hər şeyi ediblər. 
Mumiya Amon-Ra məbədinin kahininin qızıdır. 2.5 min il əvvəl yaşayıb. Boyu 1.50 sm olub və ərdə imiş. Kürən saçları olub və 30 yaşına çatmamış öldürülüb. Bu faktı isə bir sıra analizlər üzə çıxarıb. Məsələn, kürəyinin sol tərəfində bıçaq yarasından müalicə üçün o dövrdə istifadə edilən material aşkar edilib. 
Alimlər eyni zamanda müəyyən ediblər ki, Takabuti qeyri-adi qadın olub. Onun əlavə fəqərəsi və 33 dişi olub. Alimləri DNA nəticələri şoka salıb. O, misirli yox, avropalı olub və yerli əhali ilə heç bir bağı olmayıb. 
Bununla yanaşı, Takabutinin nə vaxt və kim tərəfindən, hansı səbəbdən öldürüldüyü məlum deyil. Qadının belə dəfn edilməsi onun yüksək sosial statusundan xəbər verir. Onun atası qüdrətli kahin olub. 

Takabuti mumiyasının SİRRİ AÇILDI

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31