İsrail polisi Məscidül-Əqsanın qapılarını bağladı

İsrail polisi Məscidül-Əqsanın qapılarını bağladı

İsrail polisi işğal olunmuş Şərqi Qüdsdəki Məscidül-Əqsada iki fələstinli gənci "bıçaq gəzdirmək" iddiası ilə saxlayıb və Məscidül-Həramın bütün qapılarını bir müddətliyinə bağlayıb.

İsrail polisinin verdiyi açıqlamada şəxsi məlumatları bilinməyən 2 fələstinlinin Məscidül-Əqsada tutulduğu və onlardan birinin bıçaqlandığı iddia edilir. 
Digər tərəfdən bölgədəki AA-nın fotomüxbiri İsrail polisinin Şərqi Qüdsdəki Qədim şəhər məhəlləsinin və Məscidül-Əqsanın bütün qapılarını bağladığını bildiriblər. 
Qeyd olunur ki, Qədim şəhərin və Məscidül-Əqsanın qapılarını bağlamaq bölgədə gərginliyə və fələstinlilərlə İsrail polisi arasında ara-sıra qarşıdurmalara səbəb olub. 
İsrail polisi təxminən 1 saat sonra Məscidül-Əqsanın və Qədim Şəhərin qapılarını açıb.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31