Səudiyyə Ərəbistanı raketlərlə vuruldu – Bölgədə qorxunc durum
Səudiyyə Ərəbistanı raketlərlə vuruldu – Bölgədə qorxunc durum
30 Yanvar 2020 13:30 DünyaYəmənin Husi silahlı qruplaşması Səudiyyə Ərəbistanının "Aramco" neft müəssisələri, Abxa Hava Limanı və Kral Xalid hərbi hava bazasını hədəfə alıb.
Bu barədə "Röyter" agentliyi məlumat yayıb.
Məlumatda Cəvf və Marib şəhərlərində 2500 km-dən çox ərazinin ələ keçirldiyi bildirilib. Husilərin Səudiyyə Ərəbistanının sözügedən müəssisələrinə və Yəmənin iki şəhərinə raket zərbələri endirdiyi bildirilib.
Husilərin sözçüsü Yəhya Səri paytaxt Səna şəhərinə hücumun qarşısını aldıqlıarını, Nəhm istiqamətindəki bütün bölgələrə nəzarəti təmin etdiklərini açıqlayıb.
O, Səudiyyə Ərəbistanının Cazan şəhərindəki "Aramco" obyektləri, Əbxa və Cizandakı hava limanları, Hamis Müşaytdakı bir bazanı və digər strateji məntəqələri vurduqlarını deyib.