Türk əsgərindən Elazığda zəlzələdən zərər çəkənlərə DƏSTƏK

Elazığda 8-ci korpus komandanlığı General Salih Omurtak adına hərbi kazarmada zəlzələdən xilas olanlar üçün bir bina və idman zalı ayrılıb.

Elazığda 8-ci korpus komandanlığı General Salih Omurtak adına hərbi kazarmada zəlzələdən xilas olanlar üçün bir bina və idman zalı ayrılıb.

Olaylar.az bildirir ki, episentri Sivrice mahalı olan 6.8 maqnituda gücündə zəlzələdən zərər çəkənlərin yaralarına məlhəm olmaq üçün türk əsgərindən dəstək gəlib. General Saleh Omurtak adına hərbi kazarmada 172 nəfərlik bina və idman zalı zəlzələdən zərər çəkənlərin istifadəsinə verilib.

Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yönləndirilən və bu günə qədər 100 nəfərin xidmətlərindən yararlandığı kazarmada zəlzələdən zərər çəkənlərə isti və təmiz şəraitdə gündə üç dəfə isti yemək verilir, 24 saat isti su və idman zalı ilə təmin olunurlar. Vətəndaşların rahat şəraitdə vaxt keçirmələri üçün hər cür imkanların yaradıldığı kazarmada səhhətində problem olanlar ən yaxın tibb müəssisəsinə çatdırılırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31