Əfqanıstanda təyyarə qəzasında ölən amerikalı hərbçilərin şəxsiyyəti açıqlanıb

Əfqanıstanda təyyarə qəzasında ölən amerikalı hərbçilərin şəxsiyyəti açıqlanıb

ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda təyyarə qəzasında ölən hərbçilərin şəxsiyyətini açıqlayıb.

Yanvarın 27-də Əfqanıstanın Qəzni vilayətində "Bombardier E-11A" təyyarəsinin qəzaya uğraması nəticəsində 46 yaşlı polkovnik-leytenant Paul Voss və 30 yaşlı kapitan Rayn Faneuf həlak olub.

Qeyd olunub ki, P. Voss Virciniyadakı "Langley-Eustis" hərbi bazası hava komandalığının, kapitan R. Faneuf isə Cənubi Dakota ştatındakı "Ellsworth" hərbi hava qüvvələri bazasının 37-ci eskadronunun hərbçiləridir. Onlar ABŞ-ın "Operation Freedomchr("39")s Sentinel" missiyası çərçivəsində Əfqanıstanda xidmət ediblər.

Xatırladaq ki, İran mediası ABŞ-a məxsus təyyarədə həlak olanlardan birinin Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Asiya ölkələri üzrə departamentinin rəhbəri Maykl Andrea olduğunu iddia edirdi.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31