Sovet əsgərləri Monqolustanda dinozavrla rastlaşıblar?- TARİXİ İDDİA

Sovet əsgərləri Monqolustanda dinozavrla rastlaşıblar?-TARİXİ İDDİA

1988-ci ildə Monqolustan ərazisində yerləşən sovet ordu birləşmələrinin birində qeyri-adi hadisə meydana gəlib. Hərbi xidmət zamanı postda olan Qriqori avtomatdan atəş açıb. Qeyd etmək lazımdır ki, postda duran əsgər çox nadir hallarda atəş aça bilər. Qriqorinin atəş açmasının səbəbi isə belə izah edildi. Ona dinozavr hücum edib. O, atəş açaraq özünü müdafiə edib. Çox qəribə olsa da, insidenti araşdıran komissiya üzvləri bu qənaətə gəliblər. Əsgər isə təcili olaraq psixi vəziyyətinin yoxlanılması üçün xəstəxanaya göndərilib. 
Bəlkə də hadisənin üstündən keçmək olardı. Amma bir müddət sonra bu hərbi hissədə xidmət edən digər əsgərlər də dinozavr gördüklərini bildirdilər. Dinozavr görənlər arasında zabitlər də var idi. 
Ali komandanlıq isə burada psixotrop silahdan istifadə edildiyindən şübhələndi. Bunun üçün isə hərbi hissəyə peşəkar həkim-psixoloq Burlaçuk göndərildi. Həkim isə xidmət çəkənlər arasında psixi pozuntu halı qeydə almadı. Bəs baş verən hadisənin səbəbi nə idi? Həkim uzun müddət baş sındırdı, eksperimentlər apardı. Amma bir dəfə özü də dinozavr gördü... 
Burlaçuk bunu heç kəsə deyə bilməzdi. Çünki bu, onun həm nüfuzunun, həm də hərbi karyerasının sonu ola bilərdi. Bunun üçün isə hamıya səf edən səbəb tapıldı. Dinozavr peyda olmadan əvvəl isə hərbi hissənin ərazisində su quyusu qazılmışdı. Həkimin qənaətinə əsasən, suda keçmişə aid xatirələr həkk olunub. Ərazidə qədim dövrlərdə dinozavrlar olub. 
Hərbi hissəyə yenə də əvvəlki kimi suyu kənardan gətirməyə başladılar və dinozavrların görünmə faktı dayandı. 
Sonradan isə şayiələr dolaşmağa başladı ki, bu qərarla nəinki dinozavrlar yoxa çıxdı, əksinə, daha da artdı. Bir müddət sonra isə qəribə surətdə əsgərlər itkin düşməyə başladı. Amma bu dövr artıq SSRİ-nin dağılma dövrünə düşdü və hərbi hissə ləğv edildi. Anomal zonra isə nə hərbçiləri, nə də alimləri maraqlandırdı...

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31