BBC ixtisarlara başlayır - 450 jurnalist işindən olacaq

BBC ixtisarlara başlayır - 450 jurnalist işindən olacaq

Birləşmiş Krallığın ən populyar media yayım quruluşu olan BBC 450 əməkdaşını işdən çıxarmaq barədə qərar qəbul edib.

BBC-nin Dünya xidməti, Radio 5Live və Nevsnight başda olmaqla bir çox şöbə və proqramlarında işləyən jurnalistlərin işdən çıxarılacağı açıqlanıb.

Britaniya mediasına sızan məlumatlara görə, hətta kampaniyada ən çox əməkhaqqı alan və populyar aparıcıların belə işdən çıxarılacağı gözlənilir.

Ehtimal edilir ki, 450 nəfərin işdən çıxarılması BBC-yə imkan verəcək ki, 80 milyon funt sterlinq maliyyəyə qənaət etsin.

Görünən budur ki, 2020-ci ildə BBC-nin bir sıra ölkələrdəki jurnalist ofisləri qapadılacaq.

Xatırladaq ki, dünyada populyarlığına görə ön sırada olan BBC eyni zamanda Birləşmiş Krallığın ictimai televiziyası hesab olunur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31