Putin narkotikdən həbsə düşən israilli qızı əfv etdi
PUTİN NARKOTİKDƏN HƏBSƏ DÜŞƏN İSRAİLLİ QIZI ƏFV ETDİ
30 Yanvar 2020 11:25 DünyaRusiya Prezdenti Vladimir Putin Rusiyada həbsdə olan İsrail vətəndaşı Naam İssaharın əfv olunması haqda fərman verib.
Bu barədə Kremlin saytında yazılıb. "Humanizm prinsiplərini rəhbər tutaraq qərara gəlirəm: Moskva vilayətinin Himkinski şəhər məhkəməsi tərəfindən 11 oktyabr 2019-cu il tarixində mühakimə olunan və azadlıqdan məhrum edilən 1993-cü il təvəllüdlü İssahar Naam əfv olunsun", - deyə fərmanda bildirilir.
Qeyd olunub ki, fərman imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, İssahar narkotik qaçaqmalçılığı ittihamı ilə Tel-Əvivə uçarkən "Şeremetyevo" hava limanında həbs edilib. Onun üzərindən 9,6 qram həşiş aşkarlanaraq götürülmüşdü.
İssaharın azad olunması üçün İsrailn Baş Naziri Binyamin Netanyahu Vladimir Putinə müraciət ünvanlamışdı.
Bundan başqa, Putin b yaxınlarda İsrailə səfəri zamanı İssaharın anası ilə də görüşmüşdü.
xeber.im
