Ölümcül virusla mübarizəyə 100 milyon ayıracaq

ÖLÜMCÜL VİRUSLA MÜBARİZƏYƏ 100 MİLYON AYIRACAQ

"Alibaba" kompaniyasının təsisçisi və Çinin ən zəngin insanı Cek Ma Uhanda baş alan koronavirusa qarşı vaksinin hazırlanmasına 100 milyon yuan (14 milyon ABŞ dolları) ayıracaq.

Milyarder artıq Çinin iki tədqiqat təşkilatına 40 milyon yuan (5,8 milyon dollar) ayırıb. Vəsaitin qalan hissəsi profilaktika və müalicə tədbirlərinin dəstəklənməsinə xərclənəcək.

Qeyd edək ki, hazırda vaksin üzərində Çin və ABŞ-dan olan alimlər çalışır. Onun hazırlanmasına bir ildən də çox vaxt sərf oluna bilər.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31