Yerə tüpürənlər cəzalandırılacaq - Şok qərar
Yerə tüpürənlər cəzalandırılacaq - Şok qərar
30 Yanvar 2020 11:02 DünyaÇinin Hubey vilayətinin rəhbərliyi karantindən imtina edən koronavirus (2019-nCoV) daşıyıcılarının cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayıb.
Bu barədə bölgənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.
İdarə səhiyyə sahəsində səhlənkarlığa qarşı ciddi mübarizə aparılacağını açıqlayıb. Məlumata görə, ictimai yerlərdə tüpürən və virusu şüurlu şəkildə yayan koronavirus daşıyıcıları barədə cinayət işi açıla bilər.
Həmçinin koronavirus diaqnozu qoyulmuş və ya şübhəli bilinən şəxslər karantindən qaçarsa, cəzalandırılacaqlar./Report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31