Rusiyada ŞOK HADİSƏ: Yüzlərlə insan ölümdən döndü (VİDEO)
Rusiyada ŞOK HADİSƏ: Yüzlərlə insan ölümdən döndü (VİDEO)
30 Yanvar 2020 10:30 DünyaSibirdə buz kütləsinin qoparaq, sahildən uzaqlaşması nəticəsində təhlükə ilə üzləşən 536 balıqçı xilas edilib. 60 balıqçı isə öz səyi nəticəsində sahilə çıxıb.
Xilasetmə əməliyyatı 7 saat davam edib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Məlumata görə, buz kütləsi qoparaq sahildən 200 metr məsafəyə qədər uzaqlaşıb.
Bildirilir ki, xilasetmə əməliyyatı vaxtında həyata keçirilməsəydi buz kütləsi sahildən xeyli uzaqlaşa bilərdi. Bu da balıqçıların həyatı üçün ciddi təhlükə yaradacaqdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31