Bu şəhərlərə uçuşlar dayandırıldı - Baş nazirdən koronavirus tədbirləri
Bu şəhərlərə uçuşlar dayandırıldı - Baş nazirdən koronavirus tədbirləri
30 Yanvar 2020 10:28 DünyaKanadanın "Air Canada" aviaşirkəti Çinin Pekin və Şanxay şəhərlərinə uçuşları dayandırıb.
Şirkət Çində yayılan koronavirus epidemiyasına qarşı təhlükəsizlik tədbirləri məqsədilə bu addımı atıb.
Şirkətdən verilən açıqlamada təyyarələrin son reysinin bu gün gerçəkləşəcəyi bildirilib. Bu vəziyyət 29 fevrala qədər davam edəcək.
"Air Canada" Çinə Toronto, Vankuver və Monreal şəhərlərindən 33 uçuş gerçəkləşdirir.
Baş nazir Castin Trüdo daha əvvəl Çində yaşayan Kanada vətəndaşlarının taleyi ilə bağlı tədbirlər görəcəklərini açıqlamışdı.
Qeyd edək ki, son olaraq Kanadanın Britaniya Kolumbiyası əyalətində aşkarlanan virus daşıyıcısı ilə birlikdə ölkədə koronaviruslu xəstə sayı 3-ə çatıb.