İmamoğlunun baldızından - Skandal paylaşım
İmamoğlunun baldızından - Skandal paylaşım
30 Yanvar 2020 10:21 DünyaÇoxsaylı itki və dağıntılarla nəticələnən Elazığdakı zəlzələdən sonra istirahətə yollandığı üçün ciddi tənqidlərə məruz qalan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun baldızının son paylaşımı müzakirələrə səbəb olub.
İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun bacısı Ceren Kayanın sosial mediadakı paylaşımı rezonans doğurub.
Bacısı və daha iki yaxını ilə birgə çəkdiklərini fotonu yayımlanan Kayanın "Zəlzələ olub, bizə nə" qeydi izləyicilər tərəfindən sərt reaksiyalara səbəb olub.
Bundan sonra İmamoğlunun baldızı profilinin şəklini dəyişməyə məcbur olub və paylaşımlarını yalnız dostları üçün açıq saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31