Koronavirus artıq bütün Çini işğal etdi – 170 ölü
Koronavirus artıq bütün Çini işğal etdi – 170 ölü
30 Yanvar 2020 10:16 DünyaÇində koronavirus qurbanlarının sayı 170 nəfərə çatıb.
Virusa yoluxanların sayı isə 7711 nəfər olduğu açıqlanıb. Onların 1370 nəfərinin vəziyyəti ağırdır.
Çin rəsmi dairələri artıq koronavirusun ölkənin bütün vilayətlərinə, muxtar rayonlara yayıldığını bildirib.
Qeyd edək ki, koronavirusa yoluxma halı təkcə Çində yox, Yaponiya, Cənubi Koreya, ABŞ, Tailanda, Almaniya, Avstraliya, Finlandiya, Fransada da müşahidə edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31