Hitlerlə Stalin Lvovda təkbətək görüşüb – Kravçukdan şok
Hitlerlə Stalin Lvovda təkbətək görüşüb – Kravçukdan şok
29 Yanvar 2020 13:01 DünyaAdolf Hitler və İosif Stalinin Lvovda görüşməsi İkinci Dünya müharibəsinin başlamasının ilkin şərti oldu.
Bunu Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk mediaya açıqlamasında deyib.
"Hitler və Stalin Lvovda görüşdü. Bu sənəd artıq məxfi deyil. Onlar razılaşmağa çalışdılar", - Kravçuk bildirib.
Onun sözlərinə görə, Hitleri dayandırmaq üçün onun əl-qolunu bağladılar, amma bu, Sovet İttifaqına qarşı çevrildi.
"Nəticədə ölkəmizdəki xalqlar əziyyət çəkdi", - keçmiş prezident bildirib.
Qeyd edək ki, bu, Hitlərlə Stalinin şəxsən görüşdüyü haqda ilk iddiadır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31