İrəvanda atışma olub
İrəvanda atışma olub
29 Yanvar 2020 12:29 DünyaAtışma nəticəsində zərərçəkənlərin olub-olmadığı araşdırılır.
İrəvanda yanvarın 28-də axşam saatlarında atışma olub.
"Shamshyan.com" saytına istinadən verilən məlumata görə, insident Ermənistan paytaxtının Vantsyan küçəsində baş verib.
Hadisə yerində tapança və avtomat silahların patronları və gilizləri aşkarlanıb.
Bundan başqa, atışma yerində "Opel" markalı avtomobil və üzərində güllə yerləri olan "QAZel" maşını da olub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31