Fransa yenə qarışdı: bu dəfə yanğınsöndürənlər ayağa qalxdı
Fransa yenə qarışdı: bu dəfə yanğınsöndürənlər ayağa qalxdı
29 Yanvar 2020 12:23 DünyaFransada bu dəfə də yanğınsöndürənlər meydanlara çıxıb. Yanğınsöndürənlər pensiya islahatlarına qarşı və daha yaxşı iş şəraiti üçün etiraz aksiyası keçiriblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin bir çox şəhərindən aksiyaya qoşulan yanğınsöndürənlər Paris küçələrində yürüş ediblər.

Etiraz aksiyasında polis və yanğınsöndürənlər arasında mübahisə yaşanıb. Belə ki, polis nəqliyyat hərəkətinə maneə törətdikləri üçün yanğınsöndürənlərdən yoldan çəkilmələrini istədikdə qarşıdurma yaranıb. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edərək aksiyaçılara müdaxilə edib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31