Türkiyədə daha bir zəlzələ baş verdi

Türkiyənin Muğla şəhərində zəlzələ olub.

Türkiyənin Muğla şəhərində zəlzələ olub.

Yerli vaxtla 08:10-da Marmaris sahillərində 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Tələfat və fəsadla bağlı məlumat verilməyib.

Qeyd edək ki, 25 yanvarda Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələ zamanı 40-a yaxın insan dünyasını dəyişib, mindən çoxu xəsarət alıb.

Dünyanın ən aktiv bölgələrindən olan Anadolu seysmik xəttinin üzərində yerləşən Türkiyədə bir neçə gündür ki, silsilə zəlzələlər baş verir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31