Dünyanın maliyyə mərkəzi dəyişdi: London statusunu itirdi

Dünyanın maliyyə mərkəzi dəyişdi: London statusunu itirdi

London dünyanın ən böyük maliyyə mərkəzi statusunu Nyu Yorka təhvil verib.

Bu məlumat "Duff & Phelps" şirkətinin hazırladığı "Qlobal Tənzimləmə Perspektivləri" hesabatında yer alıb. Şirkət rəhbərləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 56%-i Nyu Yorku, 34%-i isə Londonu maliyyə mərkəzi olaraq təqdim edib.

Hesabatda Breksitin Londonun ikinci sıraya düşməsində mühüm rol oynadığı bildirilib.

Qeyd edək ki, bundan öncə sorğu zamanı respondentlərin 53%-i Londonu, 42%-i Nyu Yorku maliyyə mərkəzi olaraq göstərmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31