Dünya Səhiyyə Təşkilatı: Səhv etdik
Dünya Səhiyyə Təşkilatı: Səhv etdik
28 Yanvar 2020 17:15 DünyaDünya Səhiyyə Təşkilatı (DST), Çinin Vuhan şəhərindən başlamış koronavirus ilə əlaqədar ölümcül epidemiyanın beynəlxalq riskini qiymətləndirməkdə səhv etdiklərini açıqlayıb.
"Marja" xəbər verir ki, təşkilatın rəsmiləri, bir əvvəlki hesabatlarda səhv etdiklərini və söz mövzusu ölümcül epidemiyanın beynəlxalq sahədəki riskinin yüksək olduğunu qeyd ediblər.
Dünya SəhiyyəTəşkilatı, ötən həftə beynəlxalq cəmiyyətin sağlamlığı baxımından təcili vəziyyət elan etmək üçün erkən olduğunu açıqlayaraq, ölümcül epidemiyanın qlobal miqyasda təhdidə çevrilməsi riskinin kiçik bir ehtimal olduğunu qeyd etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31