Çinli Gürcüstanda nəzarətə götürüldü - Virusa görə
Çinli Gürcüstanda nəzarətə götürüldü - Virusa görə
28 Yanvar 2020 16:31 DünyaGürcüstanın Kaxeti bölgəsində olan 22 yaşlı Çin vətəndaşı koronavirus şübhəsi ilə nəzarətə götürülüb.
O, respirator infeksiya simptomları ilə tibb müəssisəsinə müraciət edib.
Çinli qadının hansı virusa yoluxması hələ ki məlum deyil. Onun vəziyyəti ilə bağlı təhlükəli bir şeyin olmadığı bildirilib.
Həkimlərin sözlərinə görə, Çin vətəndaşı ev şəraitində müalicəsini davam etdirir və nəzarət altına alınıb.
Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31