“Xiaomi” Çindəki mağazalarını bağladı - Qorxunc SƏBƏB
“Xiaomi” Çindəki mağazalarını bağladı - Qorxunc SƏBƏB
28 Yanvar 2020 15:09 DünyaTexnologiya nəhəngi "Xiaomi" şirkəti koronavirusla bağlı bir neçə günlüyə Çindəki mağazalarını bağlayacağını açıqlayıb.
Şirkət mağazalarının 28 yanvardan 3 fevrala qədər bağlı olacağını bildirib. Bu müddət ərzində məhsul əldə etmək istəyən istifadəçilərin tətbiq üzərindən onlayn alış-veriş etmələrini xahiş edib.
Qeyd edək ki, baş ofisi Pekində yerləşən "Xiaomi"nin Çində çox böyük şəbəkəsi var.
Şirkət 2019-cu ilin sonunda ölkə daxilində 100 yeni "Mi Store" istifadəyə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31