Qandonduran qərar: 81 yaşlı kişini… – İranda
Qandonduran qərar: 81 yaşlı kişini… – İranda
28 Yanvar 2020 14:59 Dünyaİranın Xanmirzə şəhərində qəsdən adam öldürməkdə ittiham olunaraq, ölümə məhkum edilmiş 2 nəfər edam edilib.
Edam edilən məhkumlardan birinin 81 yaşı var.
Məlumata görə, 2 il əvvəl naməlum səbəbə görə qətl törədən və adı mediaya açıqlanmayan 81 yaşlı məhkum yanvarın 27-də dara çəkilib.
Həmin gün əyalətdə qətl ittihamı ilə daha 1 nəfər dar ağacından asılıb. Xanmirzə şəhər sakini olan və adı mediaya açıqlanmayan 31 yaşlı məhkum, 6 il əvvəl edama məhkum edilsə də, hökm dünən yerinə yetirilib.
Hər iki məhkumun əyalətin konkret hansı zindanında dara çəkilməsi barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31