Kadırovun bu görüntüsü şok yaratdı – Çeçenistanda gərginlik
Kadırovun bu görüntüsü şok yaratdı – Çeçenistanda gərginlik
28 Yanvar 2020 14:41 DünyaƏmək qabiliyyətini itirməsi ilə əlaqədar müvəqqəti olaraq yanvarın 13-dən vəzifəsindən gedən Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sosial mediada kampaniya başlayıb.
Çeçenistan vətəndaşlarının Kadırovun keşiş qiyafəsi ilə montaj edilmiş fotosunu sosial platformalarda sürətlə yayması güc strukturlarını əks-tədbir görməyə sövq edib.
Kadırovu təhqir etməkdə təqsirləndirilən 25 nəfər saxlanılıb. İlkin ifadələri alındıqdan sonra bu şəxslər həbs olunub.
Çeçenistan mətbuatı tutulanlar arasında tələbələrin və 62 yaşlı taksi sürücüsünün olduğunu, ümumilikdə hər yaş qrupundan olan şəxslərin evindən aparıldığı barədə məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31